Xəbər lenti

Rusiyaya qarşı sanksiyalar yalnız Qərb üçün əlverişlidir - Hindistanın XİN
Dünya 15:04 06.11.2023

Rusiyaya qarşı sanksiyalar yalnız Qərb üçün əlverişlidir - Hindistanın XİN

Hindistanın xarici işlər naziri Subramaniyam Cayşankar bildirib ki, Qərb "bütün dünyanın Rusiyaya qarşı sanksiyalara razı olduğunu” iddia edir, lakin bu, belə deyil. Onun sözlərinə görə, Qərb ölkələri "öz maraqlarının təhlükə altında olduğunu düşündükləri zaman” bu məhdudlaşdırıcı tədbirlərdən istifadə edirlər.

Qaynarinfo xəbər verir ki, o, bu barədə İtaliyanın "Corriere della Sera” qəzetinə müsahibəsində bildirib

"Bu sanksiyalar mahiyyətcə inkişaf etmiş iqtisadiyyatların uzun illər ərzində yaradılmış mexanizmlərə, səlahiyyətlərə və alətlərə əsaslanan rıçaqlardır. Onlar bu rıçaqları özlərinə münasib olanda istifadə edirlər”, - deyə hindistanlı nazir bildirib.

Cayşankarın fikrincə, Ukrayna və Yaxın Şərqdəki münaqişələrə Avropanın yanaşmasındakı fərq onunla izah olunur ki, "keçmişdə dünyanın digər yerlərində problemlər olanda Avropa ölkələri düşünürdülər ki, bundan narahat olmaq lazım deyil”. 

"Nə qədər ki, Avropa təhlükəsiz idi və heç bir şey Avropanın həyat tərzini təhdid etmirdi, başqaları bununla məşğul ola bilərdi. Avropada nəsə baş verəndə isə Avropa ölkələri beynəlxalq həmrəylik istəyirlər”, - Hindistan Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib.

Subramaniyam Cayşankar qeyd edib ki, Hindistan hakimiyyəti "müasir dünyada müharibəni problemin həlli hesab etmir”. "Nə vaxtsa insanlar oturub danışmalıdırlar. Hindistan hər zaman yardım əlini uzatmağa hazırdır”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, 2023-cü ildə G20 blokuna sədrlik edən Hindistan Rusiyanın Ukraynadakı hərbi əməliyyatını açıq şəkildə tənqid etməkdən çəkinib. Qərb dövlətlərinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra Hindistan Rusiya Federasiyasından neft alışını artırıb. "The Economic Times” yazır ki, aprel-sentyabr aylarında Rusiya Hindistana neft tədarükünü iki dəfədən artıq çoxaldıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->