Ekonomiks 15:44 11.07.2022

Saatlıda qəzaya uğrayan qatar kimə məxsusdur?

İyulun 9-da Saatlı stansiyası yaxınlığında ölkəmizə Qara dənizdən xam şəkər daşıyan Gürcüstan dəmir yollarına məxsus üç vaqon aşıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumatı yayıb.

Məlumata görə, baş vermiş hadisənin fəsadlarının aradan qaldırılması ilə əlaqədar aparılan təxirəsalınmaz tədbirlər nəticəsində Saatlı-İmişli mənzilində qatarların hərəkəti bərpa olunub.