"Sabah" UEFA Çempionlar Liqasında ilk oyununa çıxıb.
Qaynarinfo-nun məıumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsinin ilk oyununda Uelsin TNS komandasını qəbul edib.
Masazırdakı "Bank Respublika Arena"dakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
66-cı dəqiqədə Velko Simiç, 84-cü dəqiqədə Kahim Parris fərqlənib.
Oyunun əlavə vaxtında Stiv Solve qırmızı vərəqə alaraq "Sabah"ı azlıqda qoyub.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 14-də Uelsdə keçiriləcək.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
7 iyul
Sabah (Azərbaycan) - TNS (Uels) 2:0
Qollar: Velko Simiç, 66. Kahim Perris, 84.
Qırmızı vərəqə: Stiv Solve, 90+2 (Sabah).
Sabah: 92. Stas Pokatilov, 3. Stiv Solve, 5. Rəhman Daşdəmirov, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 13. İvan Lepinitsa, 19. Aaron Maluda, 20. Coy-Lens Mikels, 21. Velko Simiç, 27. Timoteuş Puxaç, 80. Akim Zedadka.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov (q), 94. Rəvan Mirzəmmədov (q), 4. Aden Makkarti, 6. Abdullah Xaybulayev, 11. Kahim Perris, 16. Rauf Rüstəmli, 17. Tellur Mutəllimov, 23. Yunes Laşaab, 33. Almeyda Santos Junior, 34. Xander Severina, 88. Rodriqu Fernandes, 99. Orphe Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.
TNS: 1. Natan Şepperd, 4. Dominik Korness, 6. Cek Bodenhem, 10. Deniel Redmond, 14. Cordan Uilyams, 15. Eoin Farrell, 16. Daynel Simeu, 17. Cordan Uilyams, 19. Ben Klark, 20. Ris Hyuz, 21. Leo Smit.
Ehtiyat oyunçular: 30. Jak Edvards, 3. İsaak Qudvin, 8. Rayan Brobbel, 12. Harvi Qodsmark-Ford, 22. Danni Devis, 23. Zak Nolan, 24. Jak Nadin, 26. Luis Fillips, 27. Cake Kanavan, 31. Ben Vullem, 34. Coş Lok.
Baş məşqçi: Kreyq Harrison.
Baş hakim: Patrik Qriskieviç (Polşa).
Masazır stadionu.
Şərhlər