İdman 17:51 23.02.2023

"Sabah"ın baş məşqçisi cəzasını aldı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo-nun məlumatına görə iclasda Premyer Liqanın 23-cü turu çərçivəsində baş tutan oyunlarla bağlı aşağıdakı qərarlar çıxarılıb.

"Kəpəz” – "Şamaxı” oyununda "Kəpəz” klubunun topdaşıyanları topları oyunçulara ötürərkən vaxtı uzatdıqlarına görə kluba xəbərdarlıq edilsin (maddə 11).

"Neftçi” – "Səbail” oyununda "Səbail” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39).

"Neftçi” – "Səbail” oyununda "Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyinə görə klub 4000 manat cərimə edilsin ( maddə 41.7).

"Neftçi” – "Səbail” oyunundan əvvəl meydanın vaxtında sulanmamasına görə meydan sahibi kluba xəbərdarlıq edilsin (mad.11).

"Sabah” – "Turan Tovuz” oyununda "Turan Tovuz” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39).

"Sabah” – "Turan Tovuz” oyununda "Sabah” klubunun texniki zonasından meydana kənar əşyanın atılmasına görə klub 1600 manat cərimə edilsin (maddə 51.1).

"Sabah” – "Turan Tovuz” oyununda "Sabah” klubunun baş məşqçisi Murad Musayev oyunun 35-ci dəqiqəsində texniki zona qaydalarını pozaraq hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə alaraq qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın, klub 1600 manat cərimə edilsin (maddə 47.3 və maddə 61.1).

Səbuhi Həsənov