Ölkə 13:21 20.03.2023

Sabiq icra başçısının qardaşı oğlu yol qəzasında öldü

Naftalanda sabiq icra başçısının qardaşı oğlu yol qəzasında ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1990-cu il təvəllüdlü Quliyev Cavid Müsəllim oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü aldığı xəsarətdən hadisə yerində keçinib.

Qeyd edək ki, C.Quliyev Goranboy Rayonun İcra Hakimiyyətinin sabiq başçısı, həbsdə ölən Nizaməddin Quliyevin qardaşı oğlu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.