XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sahibkarlarla növbəti görüş Gəncə şəhərində keçiriləcək
Ekonomiks10:21 11.06.2023

Sahibkarlarla növbəti görüş Gəncə şəhərində keçiriləcək

SOCAR "Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
Qaynarinfo xəbər verir ki, SOCAR "Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə "Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Gəncə şəhərində görüşü təşkil olunacaq. Aksiya Məhəmməd Füzuli Parkında baş tutacaq.
"Səyyar qəbul otağı” iyunun 13-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.