Ekonomiks 11:53 09.11.2022

Sahibkarlarla növbəti görüş Yevlax rayonunda keçiriləcək

SOCAR "Azəriqaz” İstehsalat Birliyinin KOBİA ilə birgə "Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Yevlax rayonunda görüşü təşkil olunacaq. 

Qaynarinfo xəbər verir ki, aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. "Səyyar qəbul otağı” noyabr 11-də saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.