Xəbər lenti

Serbiya prezidenti hakim partiyadan istefa verdi
Dünya 17:55 27.05.2023

Serbiya prezidenti hakim partiyadan istefa verdi

Serbiya prezidenti Aleksandar Vuçiç şənbə günü hakim Serb Tərəqqi Partiyasının (SPP) lideri vəzifəsini tərk etdiyini açıqlayıb.

Qaynarinfo "RİA Novosti"yə istinadən xəbər verir ki, prezident bu vəzifəyə müdafiə naziri Miloş Vuçeviçin namizədliyini irəli sürüb.
 
"Sizdən Serbiyaya qayğı göstərməyinizi xahiş edirəm. Yenə deyirəm: bütün vətəndaşların qayğısına qalacağam, sizi tərk etmək ağlıma belə gəlməzdi və bizi daha bir çox birgə qələbələr gözləyir", deyə Vuçiç partiyasının qurultayında həmkarlarına müraciətində qeyd edib.

O, hakim partiyanın 11 illik fəaliyyətinə görə tərəfdarlarına təşəkkür edib. Görüşün qalan hissəsi media üçün bağlı qapılar arxasında keçirilib.
 
Serb Tərəqqi Partiyasının İdarə Heyəti sədr, ölkə prezidenti Aleksandr Vuçiçin istefasını qəbul edib. Onun yerinə müdafiə naziri Miloş Vuçeviçin partiyanın yeni sədri seçilib.

Xatırladaq ki, Serbiya prezidenti bir gün əvvəl iyunun 28-dən "ölkəni xilas etmək üçün” vətəndaşların geniş partiyalararası hərəkatını formalaşdırmağa başlayacağını elan etmişdi.

Mayın 27-də Belqradda prezident Vuçiçə və Serbiya hökumətinə dəstək üçün böyük mitinq keçirilib. Hökumətyönlü medianın məlumatına görə, güclü yağışa baxmayaraq, aksiyaya 200 min insan toplaşıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->