Ölkə 20:50 07.02.2023

Son sutkada COVID-19-a yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında ölən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 828 106 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 817 848 nəfər müalicə olunaraq sağalıb, 10 096 nəfər vəfat edib, aktiv xəstə sayı 162 nəfərdir.

Ölkədə son sutka ərzində 2 185, hazırkı dövrədək isə 7 498 844 test aparılıb.