Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 145 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 99 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 899, bu günə qədər isə ümumilikdə 6 934 154 test icra olunub.
Bu gün 2 117 nəfər vaksinasiya olunub.
Gün ərzində birinci doza vaksinlərin sayı 327, ikinci doza vaksinləri sayı 307-dir.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 338-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 145 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 750 600, birinci doza peyvəndlərin ümumi sayı 5 351 876, ikinci doza vaksinlərin sayı 4 851 827 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 299 020, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 247 877 olub.
Şərhlər