İdman 13:16 31.01.2024

Stadiona gələn azarkeşlərin üzərində narkotik vasitələr və bıçaq aşkarlandı

Türkiyə Superliqasının 23-cü turu çərçivəsində keçirilən "Sivasspor” - "beşiktaş” matçından öncə stadiona gələn azarkeşlər üzərində axtarışlar aparılıb və səkkiz nəfər barəsində qanuni tədbir görülüb. 

Qaynarinfo-nun məlumatına görə, bu barədə Sivas polisindən açıqlama verilib. 

Açıqlamada şübhəlilərin axtarışları zamanı bəzilərinin üzərində 1,24 qram kokain, bıçaq, məşəl, pirotexniki vasitələr və dumançıxaran maddələr ələ keçirildiyi bildirilib. Bu səbəbdən ümumilikdə səkkiz nəfərin həbs olunduğu və cərimələndiyi bildirilib. 

"Sivasspor” - "Beşiktaş” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Səbuhi Həsənov