Xəbər lenti

Foto 15:19 13.04.2024

Su altında qalmış Orenburqda kütləvi evakuasiya elan edildi: Şəhər indi belə görünür (FOTO)

Cümə günü, aprelin 12-də Rusiyanın Orenburq şəhərində Orskda bəndin sıradan çıxması ilə əlaqədar əhalinin kütləvi təxliyəsi elan edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə şəhər meri Sergey Salmin yazıb.

"Şəhərdə həyəcan siqnalı səslənir. Bu təlim yoxlanışı deyil. Kütləvi evakuasiya davam edir! Orenburqda daşqın vəziyyəti son dərəcə təhlükəlidir”, - deyə o yazıb.

Onun sözlərinə görə, son 10 saat ərzində Uralda suyun səviyyəsi 40 sm artıb və hazırda 1143-ə çatıb ki, bu da əhali üçün təhlükəlidir.

Salmin şəhər və yaxınlıqdakı kəndlərin sakinlərini mümkün qədər tez təxliyə etməyə, sənədləri, dərmanları və zəruri əşyaları özləri ilə aparmağa çağırıb.

"Vəziyyət kritikdir, vaxt itirməyin!"

İnternetdə su basmış şəhərin fəsadlarını əks etdirən fotolar da peyda olub. Onlar göstərir ki, sakinlər əşyalarını binadan çıxarıb təxliyə edirlər və suyun səviyyəsi getdikcə yüksəlir. Sakinlərin bəziləri qayıqla hərəkət edirlər.

Qeyd edək ki, aprelin 5-də Rusiyanın Orsk şəhərində bənd uçub. Yerli hakimiyyət fövqəladə vəziyyət elan edib. Rusiya Federasiyasının Orenburq vilayətinin hakimiyyəti daşqın zonasında olan yaşayış məntəqələrinin sakinlərindən təcili olaraq evlərini tərk etməyi tələb edib.

Suyun səviyyəsinin kəskin artması onlarla yaşayış binasının su altında qalmasına və iki yerdə bəndin zədələnməsinə səbəb olub. Şəhərdə siren səslənərək sakinləri evakuasiyaya hazırlaşmağa çağırıb. Bəzi kənd və rayonlarda elektrik enerjisi kəsilib.

Aprelin 6-da Orskda Ural çayında torpaq bəndi yenidən dağılıb, nəticədə su sürətlə şəhərə axmağa başlayıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?