"Sivasspor”, "Akhisar Belediyespor” və elitaya bu mövsüm vəsiqə qazanan "Ərzurumspor” kimi iddiasız Super Liqa təmsilçilərinin maraq dairəsində olan Əfran İsmayılov Azərbaycan klublarından da təklif alıb.
Qaynarinfo fanat.az-a istinadən xəbər verir ki, o, Türkiyə planı həyata keçməyəcəyi halda, hətta "Neftçi” və "Keşlə”də də peyda ola bilər.
Hərçənd Əfranın "Ərzurumspor”a üz tutmaq ehtimalı daha çoxdu. 2018/19 mövsümündə Super Liqada top qovacağı dəqiqləşən ərzurumlular sabiq "Qarabağ”lıya ildə 160 min dollar məvacib ödəməyə hazırdı və belə şərtlər İsmayılovu qane edir.
Şərhlər