Suriyanın yenidən inşası üçün yarım əsr lazımdır.
Qaynarinfo xəbər verir ki, bu fikirləri BMT baş katibinin soyqırımların qarşısı alınması üzrə xüsusi məsləhətçisi Adama Dienq səsləndirib. O həmçinin bildirib ki, Livanın yenidən inşası üçün 25 il lazım oldu, Suriyadakı bütün məzhəb nümayəndələri ölkənin yenidən tikilməsində iştirak etməlidir.
Qeyd edək ki, Suriyada artıq 7 ildir vətəndaş müharibəsi hökm sürür.
Gülşən
Şərhlər