2019-cu ildə yanan "Diqlas" Ticarət Mərkəzi sığorta pulunu ala bilmir.
Qaynarinfo xəbər verir ki, "Diqlas 2" MMC ilə "Azsığorta" ASC arasında məhkəmə çəkişməsi belə deməyə əsas verir. Məhkəmə çəkişməsi artıq 1 ilə yaxındır ki, davam edir.
İş hazırda Ali Məhkəmədədir. Kassasiya şikayətini MMC verib. Görünür, birinci instansiya və apellyasiya məhkəməsinin qərarı qanedici olmayıb.
Kassasiya şikayətinə hakim İlqar Dadaşovun sədrliyi ilə baxılacaq.
"Diqlas 2” MMC-nin qanuni təmsilçisi Araz Rəhimovdur. O, həm də "Diqlas” Ticarət Mərkəzinin direktor müavinidir.
"Azsığorta” ASC 2006-ci ildə qeydiyyata alınıb. ASC-nin qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur. O, həm də ASC-nin İdarə Heyətinin sədridir.
Mediada gedən məlumatlara görə, "Azsığorta” ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. O, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. Bu baxımdan, "Azsığorta” ASC Kəmaləddin Heydərovun biznes imperiyasının subyekti hesab edilir.
Seyid
Şərhlər