"Çin noyabrdakı seçkiləri uduzmağım üçün əlindən gələni edəcək. Fəaliyyətləri bunun açıq-aşkar sübutudur".
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp rəsmi Pekini koronavirus pandemiyasına görə tənqid edərkən deyib. O, bir neçə həftədir ki, böhranın səbəbkarı olaraq Çini göstərir və pandemiya səbəbindən ölkədə yaşanan iqtisadi böhranın seçkiləri udmasına mane ola biləcəyini iddia edir.
O, Çinin qarşıdakı dünlərdə koronavirusla bağlı dünyaya daha ətraflı məlumat verəcəyinə inandığını ifadə edib. Həmçinin bildirib ki, Pekin administrasiyasına bir çox fərqli yolla qarşılıq verə bilər. Lakin hazırda vəziyyəti nəzərdən keçirirlər.
"Pekin demokratların namizədi Cou Baydenin seçilməsini istəyir. Çinə ticarət məsələsində göstərdiyim təzyiqləri yumşaltmaq üçün əllərindən gələni edəcəklər. Özlərini məsum göstərmək üçün davamlı olaraq ictimaiyyətlə əlaqələr variantını işlədirlər".
Tramp Çinin ABŞ-la ticari saziş bağlamaq istədiyini də deyib. O, pandemiyadan əvvəl ölkə iqtisadiyyatının tarixin ən yaxşı dövrlərini yaşadığını xatırladıb.
Camal
Şərhlər