Xəbər lenti

Sosial Adaptasiya Mərkəzinə yeni rəhbər təyin edildi
Ölkə 17:56 11.02.2026

Sosial Adaptasiya Mərkəzinə yeni rəhbər təyin edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (SSMN) yanında Sosial Xidmətlər Agentliyinin nəzdindəki Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinə yeni rəhbər təyin edilib. 

Qaynarinfo-nun məlumatına görə, mərkəzin direktor vəzifəsinin müvəqqəti icrası Kərimli Elşən İlham oğluna həvalə edilib. Bu barədə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov müvafiq əmr imzalayıb. 

Sosial Xidmətlər Agentliyindən Qaynarinfo-ya məlumatı təsdiq ediblər.

Qeyd edək ki, 2020-2025-ci illərdə sözügedən mərkəzin direktoru Vaqif Əzizxan oğlu Eyyubov olub. O, ötən ilin oktyabr ayında vəzifəsindən azad edilib.

Aydın
--> -->