Səhiyyə Nazirliyi "Diamed CO" MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo xəbər verir ki, nazirlik şirkətdən şpris almaq niyyətindədir.
Buna görə "Diamed CO" MMC-yə 762 000 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Diamed CO" MMC 27 oktyabr 2025-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 9 519 934,48 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Səməd Vurğun küçəsi, ev 47-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynova Samirə Atamalı qızıdır.
"Diamed CO" MMC şpris istehsal edən şirkət kimi tanınır.
Samirə Hüseynova haqqında isə açıq mənbələrdə heç bir məlumat yoxdur.
Seyid
Şərhlər