Türkiyə və Yunanıstan arasında müxtəlif sahələrdə əməkdaşlığa dair yeddi sənəd imzalanıb.
Qaynarinfo xəbər verir ki, imzalanma və sənədlərin mübadiləsi mərasimində Yunanıstanın Baş naziri Kiryakos Miçotakislə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Sənədlərin altısı hər iki ölkənin nazirləri, biri isə (Türkiyə ilə Yunanıstan hökumətləri arasında ortaq bəyannamə) Kiryakos Miçotakis və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.
Şərhlər