Xəbər lenti

Qadını sosial şəbəkə ilə hədələyən şəxs saxlanıldı
Ölkə19:40 11.02.2026

Qadını sosial şəbəkə ilə hədələyən şəxs saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.
Qaynarinfo xəbər verir ki, Qaradağ rayonunda 38 yaşlı qadın polisə müraciət edərək sosial şəbəkələrdə tanış olduğu şəxsin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini və müxtəlif vaxtlarda ondan 800 manat aldığını bildirib.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 23 yaşlı E.Quluzadə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır