Beyləqan rayonunda 30 yaşlı hərbi qulluqçu dəm qazından zəhərlənərək həyatını itirib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, 1996-cı il təvəllüdlü Qərib Qəribov Beyləqan şəhəri ərazisində ailəsini gətirmək məqsədilə kirayə götürdüyü evdə İran sobasının nasazlığı nəticəsində yaranan dəm qazından zəhərlənərək ölüb.
Bildirilir ki, Q.Qəribov əslən Şəki rayonundandır. O, Beyləqana yeni təyinatla gəlib və müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) olub.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Şərhlər