Türkiyənin Osmaniyə şəhərinin Həsənbəyli bölgəsinin bələdiyyə sədri Alpaslan Koca, yanındakı qohumu və mühafizəçisi silahlı hücuma məruz qalıb.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, hücum bələdiyyə sədri xəstəxanaya xəstə ziyarətinə gedən zaman baş verib. Hadisədə hər 3 şəxs yaralanıb. Dərhal xəstəxanaya yerləşdirilən Koca və digərlərinin müalicəsinə başlanılıb, onların vəziyyəti normaldır.
Polis cinayətkarı həbs etmək üçün əməliyyata start verib.
Gülşən
Şərhlər