Türkiyənin İstanbul şəhərinin Üsküdar rayonunun bələdiyyə sədri Sinem Dedetaş saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə İstanbul Anadolu Respublika Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, rüşvət alma, mənimsəmə və cinayət törətmək məqsədilə təşkilatlanmış qrup yaratmaq ittihamları ilə bağlı istintaq aparılır. İstintaq çərçivəsində 11 fərqli ünvanda əməliyyat keçirilib.
Əməliyyat nəticəsində Üsküdar bələdiyyəsinin sədri Sinem Dedetaş və daha beş nəfər saxlanılıb.
Qeyd edək ki, son aylarda Türkiyənin müxtəlif vilayətlərində bələdiyyələrdə korrupsiya və digər cinayət iddiaları ilə əlaqədar genişmiqyaslı əməliyyatlar keçirilir. Həmin əməliyyatlar zamanı onlarla bələdiyyə sədri və müxtəlif vəzifəli şəxslər saxlanılıb.
Şərhlər