Xəbər lenti

İsfahan Həsənov dünya çempionatında gümüş medal qazandı
İdman20:30 28.07.2026

İsfahan Həsənov dünya çempionatında gümüş medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
80 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz İsfahan Həsənov 17 yaşadək idmançılar arasında keçirilən dünya çempionatının final görüşünə çıxıb.
O, Əlirza Həsən Rzayi ilə qarşılaşıb.
Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, İ.Həsənov final yolunda Toma Yelenç (Xorvatiya), Şimon Treder (Polşa), Abdülhalik Balı (Türkiyə) və Benediktas Bubeleviçusu (Litva) məğlub edib.
Qeyd edək ki, buna qədər Orxan Həbibli (65 kq) və Ömər Salmanov (48 kq) bürünc medal qazanmışdılar.