Xəbər lenti

SEPAH Hörmüz boğazında üç neft tankerinin hədəf alındığını açıqlayıb
phrase_var_qaynar. 09:00 29.07.2026

SEPAH Hörmüz boğazında üç neft tankerinin hədəf alındığını açıqlayıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında üç neft tankerinin hədəf alındığını açıqlayıb.

"Report" xəbər verir ki, SEPAH-ın bu barədə bəyanatını "Tasnim" agentliyi yayıb.

Bəyanatda SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazı üzərində tam nəzarəti davam etdirdiyi qeyd olunub.

"Bir neçə saat əvvəl xəbərdarlıqlarımıza məhəl qoymadan təhlükəli və qanunsuz marşrutla hərəkətə davam edən, qaydanı pozan üç neft tankeri hədəf alınaraq dayandırılıb", - bəyanatda vurğulanıb.

Həmçinin o da qeyd olunub ki, ABŞ ordusunun bölgədəki gəmilərə qanunsuz müdaxilələri, əmr və qadağaları cavabsız qalmayacaq.


Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->