Xəbər lenti

Milli Qvardiyanın ilk komandanı vəfat etdi
Ölkə 18:51 28.07.2026

Milli Qvardiyanın ilk komandanı vəfat etdi

1991-ci ildə Azərbaycanda Milli Qvardiyanın yaradıcısı və ilk komandanı olmuş polkovnik Azər Bahadur oğlu Babayev bu gün vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Milli Qvardiyanın keçmiş zabiti, istefada olan polkovnik Əzizağa Süleymanov bildirib. O, mərhum Azər Babayevin Moskva şəhərində xəstəlikdən vəfat etdiyini deyib.

Qeyd edək ki, Azərbaycan Milli Qvardiyası 1991-ci il dekabrın 25-də yaradılıb. Azər Babayev qurum yaradılan andan etibarən 1993-cü ilin avqust ayına qədər Milli Qvardiyanın komandanı vəzifəsində xidmət edib. 
 

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->