Dünya 17:34 14.07.2022

Türkiyədə gəmidə qəza oldu: Azərbaycanlı matros həlak oldu (FOTO)

Türkiyədə gəmidə iş zamanı 4 nəfər xəsarət alıb, bir azərbaycanlı dünyasını dəyişib.

Qaynarinfo-nun məlumatına görə, hadisə dünən Türkiyədə dəniz limanlarının birində baş verib. 

Belə ki, özəl firmada işləyən, əslən Lənkəran rayonunun Balıqçılar qəsəbəsindən olan 29 yaşlı Nahid adlı matros gəmidə iş qəzası nəticəsində həyatını itirib. 

Hadisə zamanı 4 nəfər yaralanıb.

Əhməd