Türkiyənin şərqindəki Van əyalətində təhlükəsizlik xidmətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində azı 7 nəfər ölüb.
Qaynarinfo NTV-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.
Qəzanın yerli vaxtla saat 03:00 radələrində baş verdiyi deyilir.
Təyyarə kəşfiyyat və müşahidə missiyası həyata keçirirmiş. Ölənlər arasında iki pilot da var.
APA
Şərhlər