Rusiya Müdafiə Nazirliyi martın 16-da gecə və səhər saatlarında Belqorod və Kursk vilayətlərində bir neçə hücumun həyata keçirildiyini bildirib.
Qaynarinfo
xəbər verir ki, Rusiya hakimiyyətinin məlumatına görə, gecə saatlarında Kursk vilayətinin ərazisində Ukraynaya məxsus beş təyyarə tipli PUA-nın, Belqorod vilayətinin ərazisində isə RM-70 "Vampir” çoxsaylı buraxılış raketi və "Toçka-U” raketinin vurulduğu iddia edilir.
Səhər, Moskva vaxtı ilə saat 08:00 radələrində, Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, Belqorod vilayətinə RM-70 "Vampir” sistemindən yenidən hücum edilib: "Səkkiz raket havada məhv edilib”.
Bundan əlavə, ruslar səhər saatlarında Belqorod vilayətində daha iki pilotsuz təyyarə hücumu barədə məlumat veriblər.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovun verdiyi məlumata görə, Belqorodun atəşə tutulması nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.
Alpər
Şərhlər