Dünya 12:54 25.11.2022

Ukraynada enerji böhranı: Avropadan elektrik enerjisi idxal ediləcək

"Ukrenergo” Avropadan elektrik enerjisinin idxalı mexanizmini işləyib hazırlayır.

Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, bu barədə şirkətin idarə heyətinin sədri Volodimir Kudritski bildirib.

Kudritski Aİ enerji sisteminin "çətin anda kömək etməyə qadir olduğunu” vurğulayıb və kommersiya enerjisi idxalını "texniki cəhətdən mümkün” adlandırıb. "Ukrenerqo” 500 MVt və hətta 600 MVt həcmində belə idxal imkanlarını təmin edir”, - o əlavə edib.

Bununla yanaşı, şirkət rəhbəri qeyd edib ki, elektrik enerjisinin bu yolla ötürülməsini təmin etmək üçün xüsusi mexanizmlər tələb olunacaq, çünki Avropada elektrik enerjisinin qiyməti Ukraynadakından yüksəkdir. Onun sözlərinə görə, artıq bu mexanizm üzərində iş gedir.

Xatırladaq ki, daha əvvəl Kiyevdə istilik və atom elektrik stansiyalarının hasilat həcmini artırana qədər elektrik enerjisinin gündə iki-üç saat açıq olacağı bildirilib.
 
Alpər