Ukraynada hər həftə təxminən 110 nəfər döş xərçəngindən dünyasını dəyişir.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlmat yayıb.
Son 3 ildə ölkədə bu xəstəlikdən ölənlərin sayı təxminən 3 dəfə artıb. Ötən il ümumilikə döş xərçəngindən ölənlərin sayı 5823 nəfər olub. Bunlardan 5774-ü qadın, 49-u isə kişidir.
Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il təxminən 500 min qadın döş xərçəngindən ölür.
Şərhlər