Xəbər lenti

Uşaq 3500 illik qabı sındırdı, muzeyin reaksiyası hər kəsi təəcübləndirdi
Dünya 21:10 29.08.2024

Uşaq 3500 illik qabı sındırdı, muzeyin reaksiyası hər kəsi təəcübləndirdi

İsrailin Hayfa şəhərindəki Heçt Arxeoloji Muzeyini ziyarət edən bir uşaq təsadüfən 3500 illik amforanı əzib. Qırılan qablar çox nadir olsa da, cəza əvəzinə uşaq yeni bir ekskursiyaya dəvət alıb. Bu barədə muzey rəhbərliyi qərar qəbul edib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, artefaktı sındıran uşağın cəmi dörd yaşı var. Bu qabın eramızdan əvvəl 2200-1500-cü illər arasında Tunc dövrünə aid olduğu və aşkar edildiyi zaman bütöv olduğu üçün nadir bir artefakt olduğu bildirilir.

Artefakt muzeyin girişində şüşə vitrin olmadan nümayiş etdirilib, çünki ekspertlər arxeoloji tapıntıların "müdaxiləsiz" nümayiş etdirilməsində "xüsusi cazibə"nin olduğunu düşünürlər.

Uşağın atası Aleks oğlunun onun içində nə olduğunu bilməklə maraqlandığı üçün küpəni yüngülcə çəkdiyini və onun yıxılmasına səbəb olduğunu deyib. O, sınıq amforanın yanında oğlunu görəndə şoka düşdüyünü etiraf edib və əvvəlcə bunun başqasının uşağının işi olduğunu düşünüb. Ata qorxmuş körpəni sakitləşdirib və mühafizəçi ilə danışıb. Nəticədə heç bir cəza verilməyib - polis hadisə yerinə çağırılmayıb. Üstəlik, hadisədən bir müddət sonra uşaq və ailəsi başqa ekskursiyaya dəvət olunub.

"Elə hallar var ki, eksponatları qəsdən korlayırlar və belə hallara polisin cəlb olunması da daxil olmaqla, böyük sərtliklə baxılır. Lakin bu halda vəziyyət başqa cür olub. Amfora muzeyin kiçik ziyarətçisi tərəfindən təsadüfən zədələnib və reaksiya uyğun olacaq", deyə muzey işçisi bildirib.

Qeyd edilir ki, qədim əşya bərpa olunaraq sərgiyə qaytarıla biləcək. Muzeydən jurnalistlərə bildirilib ki, mümkün olan yerlərdə eksponatlar maneəsiz və şüşə divarsız nümayiş etdirilir. Və hadisəyə baxmayaraq, onlar bu ənənəni davam etdirmək niyyətindədirlər. Çox güman ki, küp şərab və zeytun yağı kimi qida ehtiyatlarını saxlamaq üçün hazırlanıb.

Əşya Bibliyadakı Kral Davud və Kral Süleymandan əvvələ aiddir və Aralıq dənizinin şərq sahilindəki Kənan bölgəsi üçün xarakterikdir. Arxeoloji qazıntılar zamanı tapılan saxsı qabların oxşar hissələri qazıntı zamanı adətən qırıq və ya natamam aşkar edilir ki, bu da küpəni tapıldığı zaman təsirli tapıntı edir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->