Xəbər lenti

USQ Rusiyanın ən böyük neft bazalarından birinə zərbə endirdi (FOTO)
Dünya 14:46 14.12.2024

USQ Rusiyanın ən böyük neft bazalarından birinə zərbə endirdi (FOTO)

Dekabrın 13-dən 14-ə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Orlov şəhərinin ətrafında yerləşən ən böyük neft məhsulları terminalına zərbə endirib. 

Qaynarinfo xəbər verir ki, hücum Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən təsdiqlənib.

Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Bölmələri digər Müdafiə Qüvvələri ilə birgə Rusiyanın Orlov vilayətindəki "Dəmir at" adlı istehsal-dispetçer stansiyasını vurublar. Zərbə nəticəsində güclü yanğın baş verib.

"İstehsal-dispetçer stansiyası "Dəmir at" Rusiyanın hərbi-sənaye kompleksinin bir hissəsidir və Rusiya ordusuna neft məhsullarının təchizatını təmin edir", — deyə Baş Qərargah məlumat yayıb. Hərbi əməliyyatların nəticələri hələ də dəqiqləşdirilir.

Alpər
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->