Texnologiya 10:21 06.05.2023

“WhatsApp”dan daha bir yenilik (FOTO)

"WhatsApp” artıq məxfilik parametrlərinə aid yeni funksiyaya malikdir.

Burada naməlum nömrələrdən gələn zəngləri susdurmağa imkan verilir.

Parametr messencerin "Android” üçün 2.23.10.7 nömrəli beta versiyasının sınaq mütəxəssisləri tərəfindən sınaqdan keçirilib. Bu yenilik sayəsində istifadəçi zənglərin qəbuluna nəzarət edə bilir. İstənməyən kontaktdan zənglər faktiki olaraq daxil olmayacaq, lakin belə zənglər hələ də bildiriş mərkəzində göstəriləcək.

Bu filtri quraşdırmaq üçün məxfilik parametrlərinə keçməlisiniz.

Yaxın günlərdə funksiya "iOS” smartfonlarının sahibləri də daxil olmaqla, geniş istifadəçilər üçün əlçatan olacaq.