“Müalicə prosesi zamanı davamlı qan vurulsa da səhhətimdə hələ də irəliləyiş yoxdur”.
Bunu AzNews.az-a Azərbaycanın əməkdar artisti, Dövlət Musiqili Teatrın aktrisası Xanım Qafarova deyib.
O bildirib ki, xəstəliyi ilə əlaqədar yerimək qabiliyyətini itirib və ümidi tək Allahadır: “Əlim hər yerdən üzülüb, bircə ümüdim Allahadır. İyunun 17-də analizlərimin cavabı gələcək. Hər şey o cavabdan asılıdır”.
Aktrisa müalicəsi ilə əlaqədar Heydər Əliyev Fonduna da öz təşəkkürünü bildirib: “Sağ olsunlar, Fond bütün müalicə xərclərimi ödəyir. Buna görə onlara təşəkkür edirəm”.
Xatırladaq ki, Xanım Qafarova onkoloji xəstəlikdən əziyyət çəkir. O, bu xəstəliklə əlaqədar 3 dəfə əməliyyat olunub. Hazırda sənətkar Respublika Onkoloji Mərkəzində müalicə olunur.
Qaynar.info
Şərhlər