Ölkə 18:25 24.02.2024

Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 196 nəfərə çatıb, 200-ü keçəcək

Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı196 nəfərə çatıb.

Bunu APA- ya açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

O qeyd edib ki, torpaqlarımız işğaldan azad olunandan sonra Dövlət Komissiyasına itkinlərlə bağlı yeni müraciətlər daxil olur: "Lakin təhlil apardıqda məlum olur ki, itkilərin sayı artacaq və 200 nəfəri keçəcək".