Xəbər lenti

Dünya 10:24 20.06.2023

Yalan danışdığına görə Boris Conson parlamentə xüsusi girişdən məhrum edildi

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson kovidin ən çətin vaxtında "Downing Street"də əməkdaşlarla keçirdiyi əyləncəli parti haqda deputatlara yalan dediyi barədə hesabatla razılaşıldıqdan sonra xüsusi parlament girişindən məhrum edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" yazıb.

Yeddiyə qarşı 354 səslə deputatlar komitənin hazırladığı hesabatı dəstəkləyib və nəticədə Consonun bütün britaniyalılar üçün koronavirus epidemiyası ilə bağlı ciddi məhdudiyyətlərin olduğu bir vaxtda əməkdaşlarıyla toplanaraq istirahət etmək üçün toplanması ilə bağlı həmkarlarını qəsdən aldatdığı qənaətinə gəliblər.

Consonun Mühafizəkarlar Partiyasından olan partiya üzvlərindən 118-i lehinə, 225-i isə bitərəf qalıb.

Hesabatı yazan deputatlar Consonun istefa vermədiyi təqdirdə onun parlamentdən 90 gün müddətinə uzaqlaşdırılması ilə cəzalandırılmasını təklif ediblər. Həmçinin onun keçmiş deputat kimi parlamentə düşmək hüququndan məhrum edilməsi təklif edilib və bu, Consonun tərəfdarlarının kifayət qədər tənqidinə səbəb olub.

Müzakirələr zamanı Boris Conson partiyasının bir neçə üzvü, o cümlədən keçmiş baş nazir Tereza Mey tərəfindən də tənqid edilib və qeyd edib ki, tərəfdaşlara qarşı çıxış etmək asan deyil, lakin birlikdə işləmək "doğru olanı etməyə mane olmamalıdır”.

Xatırladaq ki, iyunun 9-da Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson kovid məhdudiyyətləri zamanı Downing Street-də partilərlə bağlı qalmaqal fonunda İcmalar Palatasının üzvü vəzifəsindən istefa verdiyini açıqlamışdı.

O, İcmalar Palatasının İmtiyaz Komitəsinin Conson-u parlamentdən "qovmaq” üçün istifadə edildiyini iddia edərək, Partygate kimi tanınan araşdırmasını tənqid edib.

Demək olar ki, bundan dərhal sonra Böyük Britaniya Parlamentinin Korrupsiyaya Qarşı Mübarizə Komissiyası Consonun mandatdan imtina etdikdən sonra jurnalistikaya qayıtmaq qərarını pozuntu adlandırıb, çünki o, əvvəllər hökumət vəzifəsində çalışıb.

Alpər


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->