"Bu qədər
vacib məsələnin müzakirəsi və razılaşdırılması bir günün işi deyil”.
Qaynarinfoxəbər verir ki, bunu politoloq Şahin Cəfərli oktyabrın 29-da həmsədrlər və
Xarici İşlər nazirlərinin Cenevrədə baş tutacaq görüşünü şərh edərkən deyib.
Politoloq sözügedən Cenevrə görüşünün vacibliyini açıqlayıb:
"Azərbaycan
prezidentinin əsas şərti - işğal olunmuş ərazilərin boşaldılması üçün qrafik
(zaman çərçivəsi) müəyyənləşdirilməsi məsələsi nəhayət ki, müzakirə mövzusu
kimi rəsmən gündəmə gəldi. Həmsədrlərin yaydığı bəyanatda deyilir:
"Həmsədrlər
və xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin Ermənistan və Azərbaycan
liderləri tərəfindən qəbul olunmuş baza prinsiplərinə uyğun həlli üçün
razılaşdırılacaq müvafiq zaman çərçivəsinə uyğun bütün lazımi addımların
müzakirəsi, razılıq əldə olunması və həyata keçirilməsinə başlanması məqsədilə
oktyabrın 29-da yenidən görüşməyi qərara alıb".
Bu bir
az qəliz cümlədir. Bu qədər vacib məsələnin müzakirəsi və razılaşdırılması bir
günün işi deyil. Belə çıxır ki, 29 oktyabr tarixi münaqişənin həlli məqsədilə
başlayacaq substantiv danışıqların başlanğıc nöqtəsi olacaq. Amma əsas məqam
budur ki, Ermənistan qrafik məsələsinin müzakirəsinə razılıq verib. Bu səbəblə,
bu gün qüvvəyə minəcək atəşkəsə riayət olunması ehtimalı var. Buna əmin deyiləm...”
Şahin
Cəfərli hesab edir ki, artıq masada Azərbaycanın əli güclüdür:
"Buna
şübhə yoxdur. Amma sual və narahatlıq doğuran bir məqam var ki, işğal olunmuş ərazilərin
çox hissəsi hələ də onların nəzarətində qaldığı bir şəraitdə başlayacaq
danışıqlarda mədəni muxtariyyət şərtini erməni tərəfi qəbul edəcəkmi?”
Qeyd
edək ki, həmsədrlər və Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri
oktyabrın 29-da Cenevrədə yenidən bir araya gələcək. Görüşdə Azərbaycan və Ermənistan
liderlərinin qəbul etdikləri baza prinsiplərinə uyğun şəkildə Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün lazım olan bütün addımları
müzakirə olunacaq.
Bahar
Rüstəmli
Şərhlər