Xəbər lenti

Yevlaxda torpaq qalmaqalı - Qarabağ qazisi sabiq bələdiyyə sədrinin onun pay torpağını zəbt etydiyi deyir
Foto 18:14 03.08.2023

Yevlaxda torpaq qalmaqalı - Qarabağ qazisi sabiq bələdiyyə sədrinin onun pay torpağını zəbt etydiyi deyir

Yevlax rayon sakini, Qarabağ qazisi Azər Səfərova torpaq sahəsi zəbt olunub. 

Bu barədə Qaynarinfo-ya Qarabağ qazisinin özü bildirib. Onun sözlərinə görə, 1998-ci ildə torpaq islahataları zamanı Yevlax rayonunun Qoyunbinəsi kəndində ona və ailə üzvlərinə pay torpağı ayrılıb. Amma kəndin keçmiş bələdiyyə sədri Qabil Məmmədov həmin ərazini zəbt edib. 

"Mən bunu biləndən sonra prokurorluğa müraciət etdim. Müraciətimdən sonra Qabil Məmmədov, oğlu Rahil Süleymanzadə (Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin əməkdaşı), qızı Vəfa Əsgərzadə (Ombudsman Aparatının məsləhətçisi), digər oğlu Elşən Məmmədzadə (Ədliyyə Nazirliyi Penitensiar Xidmətin zabiti), həyat yoldaşı Təranə Məmmədova və digər qohumları qardaşımın Qoyunbinəsi kəndində yaşadığı ünvana hücum edib. Oğlu Rahil və qızı Vəfa həmin vaxt yaşlı atam və anamın ünvanına nalayiq ifadələr işlədib. Həmçinin onlara hədə-qorxu gəlib. Bundan başqa, 2021-ci ilin iyul ayında həyat yoldaşıma zəng edərək, uşaqlarımı öldürməklə hədələyiblər. 2022-ci ilin aprel ayında Yevlax rayon Polis Şöbəsində baş verənlər bağlı araşdırma aparılıb və Qabil Məmmədovun saxta sənəd düzəltməsi üzə çıxıb”, deyə qazi bildirib.

Azər Səfərov deyib ki, araşdırmalardan sonra Qabil Məmmədov barəsində Cinayət Məcəlləsinin 320.2-ci maddə ilə cinayət işi başlanıb: 

"Amma təəssüf ki, Qabil Məmmədov məsuliyyətə cəlb olunmayıb. Cəzasız qalan Qabil Məmmədov bundan sonra daha da irəli gedərək kənddə 41 nəfərin, o cümlədən dövlətə aid hektarlarla torpağı saxta sənədlərlə özününküləşdirib. Əldə etdiyi külli miqdarda vəsait hesabına övladlarını müxtəlif vəzifələrə təyin etdirib. İşçisinin özbaşınalığı ilə bağlı dəfələrlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın qəbuluna yazılsam da, təəssüf ki, onunla görüşə bilməmişəm. Hər dəfə müraciət etdikdə bildirirlər ki, Bahar xanım xaricdədir. 
O cümlədən Ombudsman Aparatının rəhbəri Səbinə Əliyevaya da ünvanladığım minlərlə şikayət ərizəsinin heç bir nəticəsi olmayıb”. 

Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı müxtəlif orqanlara müraciət etsə də, qəbullarda olsa da, Qabil Məmmədovla bağlı heç bir tədbir görülməyib. 

Qazi bildirib ki, məhkəməyə üz tutsa da, işə daələtli yanaşılmayıb. İş hazırda apellyasiya mərhələsindədir. "Təəssüf ki, Qabil Məmmədova himayəndarlıq edən adamlar var. Bu baxmdan, Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova müraciət etmişəm ki, işi nəzarətində saxlasın”,  deyə Azər Səfərov əlavə edib. 

Qarabağ qazisinin iddiaları ilə bağlı Qabil Məmmədovun da mövqeyini öyrənməyə çalışdıq. Lakin zənglərimizə cavab vermədi. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->