Xəbər lenti

Yük maşını çaya aşdı:  1 nəfər suda boğularaq öldü, 2 nəfər xəsarət aldı
Ölkə 20:55 01.07.2026

Yük maşını çaya aşdı: 1 nəfər suda boğularaq öldü, 2 nəfər xəsarət aldı

Samuxda "MAZ" çaya aşıb.

APA-nın məlumatına görə, hadisə rayonun Burunqovaq kəndinin yaxınlığında baş verib.

Belə ki, hərəkətdə olan "MAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq Qabırrı çayına aşıb.

Nəticədə, "MAZ"da olan 1 nəfər çayda boğularaq ölüb, 2 nəfər isə sudan çıxıb.

Hazırda suda boğularaq ölən şəxsin axtarışlarına başlanıb.

Əraziyə adiyyəti qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
--> -->