Xəbər lenti

Səkidə yıxılan kişi şəhər rəhbərliyindən 35 milyon dollar tələb edir
Dünya 18:41 01.07.2026

Səkidə yıxılan kişi şəhər rəhbərliyindən 35 milyon dollar tələb edir

ABŞ-nin San-Dieqo şəhərində bir kişi səkidə yıxılaraq ağır xəsarətlər aldıqdan sonra şəhər rəhbərliyinə qarşı 35 milyon dollar məbləğində iddia qaldırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Unilad" nəşri yazıb.

Məlumata görə, kişi həyat yoldaşı ilə birlikdə restorandan avtomobilinə qayıdarkən, yerimək üçün istifadə etdiyi xüsusi dayaq vasitəsi ilə hərəkət edirdi. Bu zaman o, sökülmüş parkomatın səkidə qalan metal əsasına ilişərək yıxılıb.

Hadisə yaxınlıqdakı baytarlıq klinikasının müşahidə kameraları tərəfindən qeydə alınıb. Kadrlarda kişinin irəliyə yıxıldığı, park edilmiş avtomobilə çırpıldığı və ağır xəsarətlər aldığı görünür.

Nəticədə təqaüdçü boyun və onurğa sınıqları alıb. Hazırda o, ev şəraitində reabilitasiya keçir və sutka ərzində daimi qayğıya ehtiyac duyur.

Zərərçəkənin vəkili Uilyam Berman bildirib ki, parkomatın metal əsası səkidən bir neçə santimetr hündürlükdə çıxıntı şəklində qalmışdı və piyadalar üçün təhlükə yaradırdı.

Onun sözlərinə görə, şəhər xidmətləri parkomat söküldükdən sonra həmin konstruksiyanı tamamilə götürməli idi.

San-Dieqo şəhər administrasiyası isə mümkün məhkəmə prosesi ilə əlaqədar iddianı şərh etməkdən imtina edib.

Aydın
--> -->