Ölkə 21:32 21.01.2023

Zaqataladakı yanğının ilkin səbəbi açıqlandı

Bu gün Zaqatala rayonunda ikimərtəbəli evdə baş verən yanğının ilkin səbəbi məlum olub.

FHN-dən Qaynarinfo-ya verilən məlumata görə, rayonunun Muğanlı kəndində qeydə alınan yanğın ilkin ehtimala görə, elektrik naqillərində qısa qapanma səbəbindən baş verib.

Belə ki, ümumi sahəsi 480 m² (hər mərtəbəsi 240 m²) olan ikimərtəbəli evin ondulindən ibarət dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və qismən içərisindəki əşyalar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.