Xəbər lenti

Zəfər günü amnistiyaya düşdü, viskiyə görə 7 ay həbs yatacaq
Ölkə 13:26 27.09.2023

Zəfər günü amnistiyaya düşdü, viskiyə görə 7 ay həbs yatacaq

8 Noyabr - Zəfər günü ilə əlaqədar amnistiya düşən şəxs məhşur marketdən oğuradığı viskiyə görə 7 ay həbs yatacaq. 

Qaynarinfo-nun məlumatına görə, 12 avqust 1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş Elnur Cəbiyev (ad-soyad şərti) Abşeron rayonu, Masazır qəsəbəsindəki marketlərin birindən 1 litr həcmli butulkalarda olan 6 ədəd "Jack Daniels” və 2 ədəd "Chivas” markalı viski oğurlayıb. Ümumilikdə marketə 750 manat ziyan vurub.

Elnur Cəbiyev Bakıya yollanaraq, oğurladığı içkiləri 20 Yanvar metrostansiyasının yaxınlığında və 3-cü mikrorayon adlanan ərazidə tanımadığı şəxslərə satıb. O, oğurladığı məhsullara görə 3 nəfərdən ümumilikdə 240 manat alı. Br viskini isə özü içib.

Məhkəmənin qərarı ilə Elnur Cəbiyev 7 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->