Azərbaycan Premyer Liqasında 14-cü tur davam edir.
Qaynarinfo-nun məlumatına görə, turun ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq. Əvvəlcə "Səbail" "Kəpəz"i qəbul edəcək. "ASCO Arena”dakı görüş saat 14:00-da start götürəcək.
Günün ikinci matçı Qəbələdə olacaq. Şəhərin eyniadlı komandası doğma azarkeşlər önündə "Turan Tovuz"la qarşılaşacaq.
Azərbaycan Premyer Liqası, 14-cü tur
25 noyabr (şənbə)
14:00. "Səbail” – "Kəpəz”
Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Teymur Teymurov, Rəşad Əhmədov
VAR hakimləri: Nicat İsmayıllı
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
"ASCO Arena”
16:00. "Qəbələ” – "Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Şirmamed Mamedov, Kamran Əliyev
VAR hakimləri: Rauf Cabarov, Namiq Hüseynov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Qəbələ şəhər stadionu
Turun ötən gün baş tutan bir görüşündə aşağıdakı nəticə qeydə alınıb.
"Sabah" - "Qarabağ" 1:2
"Qarabağ" - 29, "Zirə" - 27, "Sumqayıt" - 21, "Səbail" - 21, "Araz-Naxçıvan" - 20, "Neftçi" - 18, "Sabah" - 16, "Turan Tovuz" - 15, "Kəpəz" - 9, "Qəbələ" - 8
Səbuhi Həsənov
Şərhlər