Hər kəsin həyatında çətin situasiyalar olur. İnsan mürəkkəb qərar verməyə çalışarkən birdən kənardan "xeyirxah" məsləhətlər eşitmək çox vaxt xoş qarşılanmır.
Qaynarinfo CNBC-yə istinadən xəbər verir ki, bunun psixoloji səbəbi var. Davranış üzrə tədqiqatçı və liderlik strategiyaları mütəxəssisi Şayde Zaxrayın sözlərinə görə, beynimiz belə məsləhətləri "sən özün bacarmayacaqsan" kimi qəbul edir.
Mütəxəssis arzuolunmaz məsləhətlərə qarşı 5 sadə və təsirli cavab üsulu təqdim edib.
"Tövsiyə üçün təşəkkür edirəm. Mən bunu düşünəcəyəm"
Bu, başqasının töhfəsini tanıyan, lakin qərarı özünüzə saxlayan nəzakətli cavabdır. Ən yumşaq və çevik yanaşma sayılır.
"Bu faydalı baxışdır. Mən isə belə hərəkət etməyi üstün tuturam"
Bu ifadə həmkar və ya rəhbərin sözlərini nəzərə aldığınızı göstərir, eyni zamanda seçimi özünüzdə saxlayır. Rəhbərlik münasibətlərində balans üçün uyğundur.
"Mən fikrinizi dəyərləndirirəm, amma artıq fəaliyyət planım var"
Nəzakətli şəkildə mövzunu bağlamağa kömək edir və qarşı tərəfə vəziyyəti nəzarətdə saxladığınızı göstərir. Təkrar-təkrar məsləhət verənlərə qarşı təsirlidir.
"Bu mənim üçün çox önəmlidir, amma indi mən dəstəyi daha çox qiymətləndirirəm, hazır qərarları yox"
Bu cavab söhbəti istiqamətləndirir, həqiqətən ehtiyac duyduğunuz – emosional dəstəyə diqqəti çəkir.
"Mən sizi başa düşürəm. Əlavə məsləhətə ehtiyac olsa, sizə müraciət edəcəyəm"
Beləliklə, söhbət nəzakətlə tamamlanır və sizə gələcəkdə məsləhət almaq üçün qapı açıq qalır.
Psixoloq vurğulayır ki, bu cür cavabların uğuru təkcə sözlərdə deyil, həm də səs tonundadır. Sakit, balanslı və hörmətli yanaşma onları daha təsirli edir.
Aydın
Şərhlər