"Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının tərkibinə iki nəfər əlavə edilib.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Hüquq departamentinin direktoru Toğrul Quluzadə və Tikinti layihələrinin idarəolunması departamentinin direktoru Murad Əhmədov QSC-nin Müşahidə Şurasının üzvləri təyin edilib.
Şuranın rəhbəri AZCON-un icraçı direktoru Şahin Babayevdir. AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə və AZCON-un maliyyə departamentinin direktoru Taylan Tekeli Şuranın üzvləridir.
Şərhlər