Xəbər lenti

Toyda zəhərlənənlərin sayı 59-a çatır
Ölkə10:25 25.09.2025

Toyda zəhərlənənlərin sayı 59-a çatır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İmişlidə toyda zəhərlənənlərin sayı 59 nəfərə çatıb.
Qaynarinfo xəbər verir ki, zəhərlənmə ilə bağlı daha dörd nəfər xəstəxanaya müraciət edib.
TƏBİB-dən bildirilib ki, sentyabrın 24-də zəhərlənmə şübhəsi ilə 59 nəfər (5-i uşaq olmaqla 25-i kişi, 4-ü uşaq olmaqla 34-ü qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.
Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.
Sentyabrın 23-də İmişli rayonunun Muradxanlı kəndi ərazisində baş verən hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.