27 senytabr Vətən Müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anım günüdür.
Qaynarinfo xəbər verir ki, Demokratik İslahatlar Partiyası anım günü ilə bağlə bəyanat yayıb. Bəyanatda deyilir:
"Ermənistan SQ-nin genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutması səbəbindən Silahlı Qüvvələrimizin komandanlığının qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başlaması barədə qərar verməsindən 5 il ötür.
Bu şərəfli gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan 44 günlük Vətən Müharibəsinin başlanğıcı kimi tarixə düşüb. Həmin gün Azərbaycanın minlərlə övladı Ermənistanın davam etdirdiyi 30 illik işğala son qoymaq üçün silaha sarılıb, canını qarı düşmənin təxribatlarına, güllələrinə sipər edib. Onlar böyük şücaət, dillərə dastan olacaq qəhrəmanlıqlar göstərərək vətən torpaqlarını azad ediblər və zəfər tariximizi öz qanları ilə yazıblar.
Demokratik İslahatlar Partiyası bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, onların xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, onların doğma və yaxınlarına dərin hüznlə başsağlığı verir!"
Şərhlər