Fransanın Vinye-sür-Sen şəhərində naməlum şəxslər məscidin darvazasına qaban başını və cəsədini asıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyska pravda” "Parisien"ə istinadən məlumat
yayıb.
Hadisə bazar günü, dekabrın 24-də baş verib.
Şəhərin Müsəlman Mədəniyyəti Dərnəyi bu "yeni islamafobiya aktının "qorxaqlığını və şərəfsizliyini” pisləyib.
"Hazırda məktəblilərin tətil dövrüdür. Bir çox ailələr fürsətdən istifadə edərək uşaqlarını məscidə aparır. Biz onlara belə bir hadisənin niyə baş verdiyini izah etmək üçün düzgün söz tapmalı olurduq", deyə fotoşəkillərlə müşayiət olunan bəyanatda deyilir.
Şəhərin meri Tomas Şazal bildirib ki, bu, ilk belə haldır. O, bunun yerli sakinlər tərəfindən törədilmədiyini ehtimal edib və polisin günahkarları tapacağına ümid etdiyini bildirib.
Nizami Bağırov
Şərhlər