"Bu açıqlama vəziyyətin rəsmi Kreml tərəfindən ciddi dəyərləndirilməsinin göstəricisidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonovun ABŞ-ın Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsini qızışdırmaqda ittiham etməsinə münasibət bildirərkən deyib.
Tural İsmayılov qeyd edib ki, ABŞ-la Rusiya arasında ziddiyyətlər hazırda Ermənistan üzərində kəskinləşməkdədir:
"Vaşinqton xüsusən Moskva ilə İrəvan arasında vəziyyətin daha da gərginləşməsindən istifadə edərək, öz təsir gücünü artırmağa çalışır. ABŞ rəsmisi Samanta Paulerin Ermənistana səfərləri, onların Ermənistana dəstək ifadə etmələri və İrəvanda anti-Rusiya əhval-ruhiyyəsinin artması vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxarır. Nəticədə, Rusiya artıq Qərbin, sorosçuların Ermənistanda ikinci Ukrayna cəbhəsi açmağa çalışdıqlarının fərqindədir.
Bu tendensiya təkcə Rusiyanın Cənubi Qafqazdakı maraqlarını təhdid etmir, eyni zamanda Moskva başa düşür ki, Ermənistanın bu addımlarının ardınca başqa coğrafiyalarda da anoloji hərəkətlər ola bilər. ABŞ Ermənistanın ardınca Rusiyanın tərəfdaşı olan digər ölkələrdə də vəziyyəti öz nəzarətinə almağa cəhd edə bilər. Ona görə də hazırda Rusiya gücünü məhz Ermənistana təzyiqlər üzərinə fokuslayıb. Münasibətlərin bu həddə çatması İrəvanla Moskva arasında geriyə dönməz çatlara və qırılmalara səbəb olacaq”.
Qeyd edək ki, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Vaşinqtonu Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin süni şəkildə artmasına səbəb olan təhlükəli söz və hərəkətlərdən çəkinməyə çağırıb.
Rüfət Sultan
Şərhlər